İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaribaşvili : “Azərbaycan və Ermənistan Gürcüstan üçün dost ölkələrdir”

Biz qonşuluğumuzda cərəyan edən hadisələri böyük narahatlıqla izləyirik.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Almaniyada səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Almaniya Kansleri Olaf Şoltsla birgə mətbuat konfransında deyib. O, Azərbaycan və Ermənistanın Gürcüstan üçün dost ölkələr olduğunu deyib və tərəflərin tezliklə dialoqa qayıdacağına ümidvar olduğunu bildirib.

Qaribaşvili baş verənlərin regionda təhlükəsizlik mühitini daha da pisləşdirə biləcəyini, bu baxımdan hamının narahatlığına səbəb olmalı olduğunu qeyd edib.

Baş nazir özünün şəxsən vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında saxlanılan ermənilərlə minlanmış ərazilərin xəritələrinin mübadiləsinə dair razılıq əldə edildiyini xatırladıb və tərəflərin tezliklə danışıqlar masasına əyləşərək münaqişəyə son qoyacağına ümidvar olduğunu bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR