İnsanlara hürriyət, millətlərə istiqlal!

Qardaşların “Dəmir yumruğu”: Tehran Zəngəzura ad, Bakı İrana od qoyur...

Azərbaycan və Türkiyə Araz çayı üzərində körpü ssenarisi ilə “o taya keçməyin” çətin olmadığını nümayiş etdirdi; İranın qeyri-adekvat addımları iki dövləti daha da birləşdirdi

Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Azərbaycan-Türkiyə birgə təlimi keçirilir. “Yeni Müsavat” bildirir ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.  Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar Azərbaycana gəlib.

Qeyd edək ki, oktyabrın 17-dən başlayaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələri İranın Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Əraks (Araz) bölgəsində hərbi təlimlər keçirmişdi. Bundan sonra İran Silahlı Qüvvələrinin Quru Qoşunları Türkiyə ilə sərhəddə də hərbi təlimlərə başlamışdı. Bundan əvvəl İran ötən ilin payız aylarında Azərbaycanla sərhəddə hərbi təlimlər keçirmişdi. 2021-ci ilin sentyabrında İran İslam Respublikası Silahlı Qüvvələri bölmələrinin və hərbi texnikasının bir hissəsi şimal-qərb sərhədlərinə keçirməyə başlayıb. Oktyabrın 1-də rəsmən başlanmış “Xeybər fatehləri” hərbi təlimləri Azərbaycanın, eləcə də dünya miqyasında bir çox dövlətin narahatlığına səbəb olub. Ümumiyyətlə, Qarabağdakı müharibədən sonra İran Azərbaycan sərhədləri yaxınlığında 3 hərbi təlim keçirib.

İslam İnqilabı Keşikçiləri Korpusu nədir?

Azərbaycan isə torpaqların işğaldan azad edilməsindən sonra belə təlimlərə etirazını bildirib. İranın bu addımı cavabsız qalmayıb, oktyabrın 3-də Azərbaycan və Türkiyə xüsusi təyinatlıları da İranla sərhəd yaxınlığında 11 gün davam edən birgə təlim keçirib. Birgə hərbi təlimlər Türkiyə ərazisində də keçirilib. Təlimlər dənizdə və quruda icra edilib. Noyabrın ilk günlərində isə Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təliminin növbəti mərhələsi icra edilib. İran səfiri Seyid Abbas Musəvi ötən həftə ölkəsinin Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə öz aləmində "aydınlıq"’ gətirib. Səfir jurnalistlərə açıqlamasında bildirib ki, İran Azərbaycanı hərbi təlimlər barədə məlumatlandırıb. “Biz bu hərbi təlimlər barədə qardaş Azərbaycana məlumat vermişdik. Onlar bu təlimlərdən məlumatlı idilər. Bu, sülh naminə olan təlimlərdir”, - Seyid Abbas Musəvi bildirib. Türkiyə və İran arasında qeyri-rəsmi səviyyədə soyuq münasibətlər daima olsa da, İkinci Qarabağ müharibəsindən sonra İran tərəfinin proseslərdən kənar qalması və Türkiyənin proseslərdə aktiv iştirakı rəsmi münasibətlərə də təsirsiz ötüşməyib. İran mətbuatı və siyasiləri Türkiyə ilə Azərbaycan arasında yeni əlaqəni yaradacaq Zəngəzur dəhlizini “yekdilliklə milli təhlükəsizlik məsələsi” kimi təqdim edirlər və İran üçün regionun geosiyasətində dəyişiklik riskləri vurğulanır. Təsadüfi deyil ki, iranlı siyasətçilər müsahibə və yazılarında Zəngəzur dəhlizi yerinə “Turan dəhlizi”, “NATO dəhlizi” və “Sionist dəhlizi” kimi absurd ifadələr işlədirlər. İki qardaş ölkə isə bu möhtəşəm təlimlərlə İrana cavab verməkdədir. Faktiki olaraq, Türkiyə və Azərbaycan İrana gücünü göstərdi, “Qardaşların dəmir yumruğu” göz qabağındadır.

Azərbaycan və Türkiyə ordusunun Araz üzərindən İrana cavabı - TƏHLİL -  Veteninfo.Az

Ekspertlərin fikrincə, İrana Araz üzərində “türk körpüsü” mesajı verilir: Türkiyə və Azərbaycan birgə hərbi təlimlərə start verib. Bakı şəhərini, Astara, Cəbrayıl və İmişli rayonlarını əhatə edən təlimlərdə iki mühüm detal var. Birincisi, təlimlərin coğrafiyasıdır: Azərbaycan və Türkiyə ordusu İranla sərhəddə (Astara və Cəbrayıl) döyüş məşqi edir. İkincisi, təlimin ssenarisidir: iki ölkənin vahid ordusu çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edir.

İki qardaş ölkə Araz üzərindən körpü salmaqla Bakını təhdid edən İrana adekvat cavab verdi: mümkün hərbi ssenarilərdə mollaların qarşısına vahid ordu çıxacaq. Burada Bakının İrana cavab ardıcıllığı da diqqət çəkir: Xüsusi Təyinatlı Qüvvələr İranla sərhəddə gecə əməliyyatı keçirdilər; Əliyev “türk ordusu buradadır, sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar” sözləri ilə İran rejiminə “qarşınızda türk birliyi var” mesajını verdi. Bakı və Ankara Araz çayı üzərində körpü ssenarisi ilə “o taya keçməyin” çətin olmadığını nümayiş etdirdi. Bu təlimlər həm də Araz üzərində “türk körpüsü”nün salınması mesajıdır.

Politoloq Zaur Məmmədov da hesab edir ki, Azərbaycan-Türkiyə hərbi təlimləri İrana cavabdır: “Köhnə silahlarla bizə gücünü göstərənlərə müasir silahlarla Araz sahilində cavab veririk. Çayı belə keçərlər. Türkiyənin komando bölmələri Azərbaycanın xüsusi təyinatlılarına dəstək üçün su üzərindəki körpüdə düşmənin təxribatına cavab verdilər. "F 16"lar da Bakıdadır. Bu dəfə İranın qeyri-adekvat addımları Azərbaycan-Türkiyə dövlətlərini daha da birləşdirdi".

Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə ekstradisiya edilən  terrorçu görünmür” – MÜSAHİBƏ | DEFAKTO.AZ

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, İrana bundan yaxşı cavab ola bilməzdi: “İki qardaş çiyin-çiyinə İran rejiminə nümayiş etdirdi ki, təlimi belə keçirərlər. Ən yüksək səviyyədə təşkil olunan təlimlərlə Türkiyə göstərdi ki, qardaşı Azərbaycanın hər zaman yanındadır. Eyni zamanda milli müdafiə naziri Hulusi Akarın Bakı səfəri də təsadüfi deyil və bölgədə bu birliyə qarşı gedən bütün qüvvələrə bir cavabdır. Bundan sonra Türkiyə hər zaman regionda mövcudluğunu qoruyub saxlayacaq. Hər halda, İran bu təlimlərdən öz nəticəsini çıxarmış olacaq. Bu təlimlər Ermənistana da bir xəbərdarlıqdır. İrəvan görməlidir ki, müharibə ritorikasından əl çəkmək lazımdır, Şuşa Bəyannaməsi var və qardaş ölkə yanımızdadır. Belə bir zamanda Tehranın da Ankara ilə savaşa girməsi intihara bərabər olardı. Türkiyə ilə savaşa girəcəyi təqdirdə İranın zəifləyəcəyi qaçılmazdır və şübhəsiz ki, Ankara da "İran adlı qənimət"dən öz payını istəyəcək. Məsələ ondadır ki, İrana sahib olmaq Orta Şərq, Cənubi-Qərbi Asiya, Cənubi Asiya, Cənubi Qafqaz, Orta Asiya, Fars körfəzi, Ərəb dənizi, Xəzər dənizinə çıxış əldə etmək deməkdir. Belə gedişat şübhəsiz ki, Rusiyanın da maraqlarına cavab vermir. İran siyasi elitası anlayır ki, ABŞ hərbi bazaları hazırda faktiki olaraq İranı dörd tərəfdən mühasirəyə alıb. Körfəz ölkələrində ABŞ-ın 5-ci hərbi dəniz bazası yerləşir. Bundan başqa, Küveyt, İraq, Əfqanıstan, Pakistan və Türkiyə ərazisində leqal ABŞ hərbi bazaları var. Bunların yanında bir də gizli hərbi bazalar, kəşfiyyat mərkəzləri mövcuddur ki, bütün bunlar ehtimal olunan savaş zamanı böyük güc deməkdir. İran bu qədər gücə qarşı çıxmağa qadirdirmi?"

“Əsas məqsəd NATO standartlarına uyğun olan təlimlərdə Azərbaycanın iştirak etməsidir. Müasir silahlardan istifadə bacarığının təkmilləşdirilməsi də təlimin məqsədlərindən biridir”, - deputat Arzu Nağıyev belə hesab edir. Onun sözlərinə görə, İran Azərbaycan sərhədində təlimlər keçirəndə Bakı da adekvat cavab məqsədilə təlim keçirdi: “Bu gün qış mövsümünə uyğun olaraq həm dağ, həm də səhra şəraitində Azərbaycan-Türkiyə birgə təlimləri də müvafiq plan üzrə gedir”.

PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkovun fikrincə, İranla sərhəddə təlimlərdə güc və qətiyyət nümayiş etdirən Bakı bununla Tehrandakı “qaynar başları” soyudur, İranın indiki rəhbərliyini və dövlət çevrilişi zamanı İslam Respublikasında hakimiyyətə gələ biləcək qüvvələri xəbərdar edir.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR