İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaraqalpaqıstanda iğtişaşların əsas səbəbkarına hökm oxundu - 16 il...

Qaraqalpaqıstanda birinci instansiya məhkəməsi 2022-ci il iyulun 1-2-də Nukusda baş vermiş iğtişaşlarla bağlı hökm çıxarıb.

Musavat.com Gazeta.uz-a istinadən xəbər verir ki,İş üzrə əsas təqsirləndirilən Davletmurat Tacimuratov 16 il müddətinə azadlıqdan məhrum edilib. O, Qaraqalpaqıstan Respublikasının hazırkı hökumətini devirmək, mütəşəkkil dəstə təşkil etmək məqsədi ilə iğtişaşlar təşkil etməkdə ittiham edilib.

Onun cəza müddəti 2022-ci il iyulun 5-dən hesablanır. Prokuror 18 il həbs istəyib. Təqsirləndirilən şəxs cəzasının ilk 2 ilini həbsxanada, qalan müddətini isə ciddi rejimli koloniyada keçirməlidir.

Bundan əlavə, Tacmuratov 228,8 milyon sum (9,3 milyon tenge) dəymiş ziyanı ödəməlidir.

Dauletmurat Tacmuratov jurnalistika və bloqçuluqla məşğul olub. Qaraqalpaq dilində çıxan “El xidmətində” qəzetinin redaksiyasında işləyib.

Xatırladaq ki, iyulun 1-də Özbəkistan Konstitusiyasına dəyişikliklərlə əlaqədar Nukusda kütləvi nümayişlər başlayıb. Hakimiyyət dövlət idarəetmə orqanlarını ələ keçirmək cəhdi adlandırıb. Qaraqalpaqıstanda iğtişaşlarla əlaqədar fövqəladə vəziyyət tətbiq edilib.

Baş Prokurorluğun məlumatına görə, Nukusda iğtişaşlar zamanı 243 nəfər xəsarət alıb, o cümlədən 38 hüquq-mühafizə orqanı əməkdaşı, 21 nəfər həlak olub.

Cümə axşamı, iyulun 7-də Özbəkistan prezidenti Şavkat Mirziyoyev Nukusdakı iğtişaşların illərlə xarici qüvvələr tərəfindən hazırlandığını bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR