Onlayn ictimai-siyasi qəzet
Qaraciyərimiz bizim üçün həyati əhəmiyyət kəsb edən orqan olduğundan onu həmişə qorumalı və təmizləmək üçün detoks suları içməliyik. Detoks sularının məqsədi bədənimizi toksinlərdən təmizləməkdir.
Musavat.com Türkiyə mediasına istinadən qaraciyəri aktivləşdirən və zərərli maddələrdən təmizləyən möcüzəvi qarışığı təqdim edir:
Tərkibi: 1 limon, 1 xiyar, bir ovuc cəfəri, bir ovuc ispanaq yarpağı, bir parça zəncəfil kökü.
Hazırlanması: Limonu dilimləyin və toxumlarını çıxarın. Xiyarın qabığını soyun və doğrayın. Cəfəri və ispanağı yuyub süzün. Bütün inqrediyentləri blenderdə yaxşıca qarışdırın. Zəncəfil əlavə edib yenidən qarışdırın. Yaranan qarışımı süzərək təkcə suyunu içə, yaxud qarışımı tam şəkildə istehlak edə bilərsiniz.
Bu qarışımda qaraciyərin sağlamlığını dəstəkləyən antioksidanlar, vitaminlər və minerallar var. Həftədə 1, yaxud 2 dəfə içməyiniz tövsiyə edilir. Ancaq hər hansı bir sağlamlıq probleminiz varsa və ya hər hansı bir pəhrizə riayət edirsinizsə, bu resepti sınamazdan əvvəl həkiminizlə məsləhətləşməyiniz vacibdir.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ