Onlayn ictimai-siyasi qəzet
Qarabağ Ermənistanın baş naziri Nikol Paşinyanın şəxsi (maddi) marağının ilk qurbanına çevrilir, növbəti Ermənistan olacaq, ona görə də Xankəndinin süqutunun qarşısını almaq bizim hamımız üçün ekzistensial məsələdir.
Musavat.com xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin deputatı, revanşist siyasətçi Andranik Tevanyan tərəfindən facebook səhifəsindəki statusunda yer alıb.
Tevanyanın sözlərinə görə, 44 günlük müharibə nəticəsində Ermənistan üçün ən yaxşı şərtlərlə yeni status-kvo qurula bilərmiş, lakin Nikol Paşinyan buna razı olmayıb.
“Ona qalsaydı, yeni status-kvo “Dağlıq Qarabağ Respublikası”nın (qondarma-red.) tamamilə ləğv edərdi. İndi Paşinyan ardıcıl olaraq bu istiqamətdə irəliləyir”, - deyə, o bildirib.
Erməni deputatın fikrincə, 2020-ci il noyabrın 9-da qəbul edilən üçtərəfli bəyanat Moskvaya qondara qurumun ermənilərdə qalan hissəsini əlində saxlamağa və burada hərbi mövcudluğunu qorumağa imkan vermişdi.
“Nikol Paşinyanın xəyanətkar addımı ondan ibarətdir ki, o, Azərbaycanla birlikdə Rusiya sülhməramlılarının müddətinin uzadılmamasının tərəfdarıdır. Paşinyan bunu Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqla zatən edir. Bu şərtlər daxilində Moskva 9 noyabr tarixli üçtərəfli bəyanatın iki iştirakçısından da imtinanı almış olur. Məhz bu imtinadan sonra Türkiyə prezidenti Ərdoğan Rusiya sülhməramlılarının 2025-ci ildən sonra Qarabağı tərk etməli olduğunu bəyan edib. Qarabağın blokadaya alınması belə bir razılaşmasının nəticəsidir”, - deyə, Tevanyan iddia edib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ