Onlayn ictimai-siyasi qəzet
“Mülki ermənilərin Qarabağdan gedişi o deməkdir ki, Azərbaycan vətəndaşlığını qəbul etməyən ermənilərin sayı azalacaq. Bu, heç də bizim maraqlarımıza zidd deyil”.
Bunu Musavat.com-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.
Politoloqun sözlərinə görə, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağı tərk etmək istəyənlər hər an gedə bilərlər, onların orda qalmasına ehtiyacımız yoxdur:
“Onlar onsuz da bütün dünyaya səpələnmiş bir millətdir. Onlar dünyanın hər bir guşəsində yaşaya və orada da suyu bulandıra bilərlər.
Ermənilərin Qarabağdan gedişinin kütləvi hal alacağına isə inanmıram. Çünki orada sağlam düşüncəli əhalinin sayı da az deyil. Onlar başa düşür ki, Azərbaycan onlar üçün düşmən mövqedə dayanmayıb, hətta bizim üstünlüklərimizdən də istifadə edə biləcəklər. Əgər onlar Azərbaycan vətəndaşlığını qəbul etsələr, təbii ki, sıravi vətəndaşa çevriləcəklər. Bu, həm onlar üçün normal haldır, həm də stabilliyə gətirən yollardan biridir”.
Aytən Novruz
Musavat.com
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ