İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda iki erməni Azərbaycana casusluq ittihamı ilə həbs edilib

Qarabağın "istintaq komitəsi" martın 25-də bildirib ki, Xankəndi şəhərinin iki sakini Azərbaycanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə həbs edilib.

Onlar Bakı ilə sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıb, “mütamadi olaraq, ödəniş müqabilində Qarabağ vətəndaşlarının təhlükəsizliyi, iqtisadiyyatın vəziyyəti, sosial proqramlar, hökümət tərkibindəki dəyişikliklərlə bağlı, prezidentin fərmanları və digər məxfi və tam məxfi məlumatlar ötürürdülər”, - xəbərdə deyilir.

Bu şəxslərin adları açıqlanmır, lakin iki gün əvvəl Seyran Karapetyanın dövlətə xəyanət ittihamı ilə həbs olunduğu məlum olub. Bu keçmiş yerli radio jurnalisti son vaxtlar Qarabağ “prezidenti” Arayik Arutyunyanın müşaviri işləyib. |turan.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR