İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” öz meydanında “Şkendiya”nı darmadağın etdi

İlk yayın vaxtı 20:00

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) qalib gələn “Qarabağ” növbəti pley-off-a adlayıb.

“Report” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesabı qonaqlar açıblar. 10-cu dəqiqədə Fabris Tamba adını tabloya yazdırıb. 5 dəqiqə sonra rəqibin heyətində Klisman Sake avtoqol müəllifi olmaqla hesaba tarazlıq gətirib. Daha sonra müvafiq olaraq fərqlənən Kadi Borges (18), Nəriman Axundzadə (33), Marko Yankoviç (35) və Leandro Andrade (59) “Qarabağ”ın qələbəsində pay sahibi olublar.

Qeyd edək ki, Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şkendiya”nı mübarizədən kənarlaşdıran “Qarabağ” adını pley-off mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsinə gedən yolda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

Bununla da "Qarabağ" ən azı Avropa Liqasının Liqa mərhələsində iştirakını təmin edib.

 

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda altıncı qol vurulub.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi fərqi artırıb - 5:1

59-cu dəqiqədə Leandro Andrade diqqət mərkəzinə düşüb.

***

“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Azərbaycan çempionu ÇL-in 3-cü təsnifat mərhələsinin cavab görüşündə Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq.

Matç saat 20:00-da başlayacaq. 

Qeyd edək ki, ilk görüşdə Qurban Qurbanovun komandası 1:0 hesablı qələbə qazanıb. 

UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin cavab oyunu 12 avqust

20:00. “Qarabağ” – “Şkendiya” Baş hakim: Danni Makkelie (Niderland). Tofiq Bəhramov adına Respublika Stadionu.

***

Komandalar oyuna aşağıdakı heyətlə çıxacaq:

“Qarabağ”: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalho, 20. Kadi, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zoubir (k), 90. Nəriman Axundzadə.

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt

“Şkendiya”: 24. Gaye, 2. Trumçi, 4. Ramadani, 5. Keyk, 7. B. İbraimi (k), 17. Zeynullai, 11. Vebster, 15. Fetai, 29. Tamba, 28. Qaka, 77. Latifi

Ehtiyat oyunçular: 25. Amzai, 30. Ramani, 8. Ramadani, 9. Ademi, 16. Murati, 6. Alhassan, 19. Krstevski, 22. Ajetoviç, 26. Meliqi, 27. Kaba, 10. Krasniqi, 38. Nuhija

***

Matç başladı.

***

10-cu dəqiqədə “Şkendiya” hesabı açır. Tamba fərqlənir - 0:1.

***

16-cı dəqiqədə “Qarabağ” hesabı bərabərləşdirir. Avtoqol qeydə alınır  - 1:1. 

***

“Qarabağ” 18-ci dəqiqədə hesabı 2:1 edir. Kadi Borges adını tabloya yazdırır.

***

33-cü dəqiqədə Nəriman Axundzadə hesabı 3:1 edir.

***

35-ci dəqiqədə Marko Yankoviç penaltidən hesabı 4:1 edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR