Onlayn ictimai-siyasi qəzet
«Qarabağ» yeni əcnəbi qapıçı ilə danışıqlarla start verib.
Bu barədə klubdan Sportinfo.az-a bildirilib.
Məlumatda qeyd olunub ki, dəvət göndərilən «əlcək sahibi» şərqi avropalıdır. Azərbaycan çempionu ona 3 illik müqavilə təklif edib.
Xəbərdə o da vurğulanıb ki, transferi planlaşdırılan kiper qitənin aparıcı çempionatlarından birində forma geyinir.
«Qarabağ» bu yay iki əcnəbi qapıçı ilə vidalaşıb. Andrey Lunyov Rusiyaya – «Dinamo»ya (Moskva) yollanıbsa, Luka Quqeşaşvili «Panserraikos»a (Yunanıstan) üz tutub.
Onların əvəzində düşərgəyə 2 nəfər gətirilib.
Fabiyan Buntiç «Vizela»dan (Portuqaliya) komandaya cəlb olunubsa, Şahruddin Məhəmmədəliyev 11 aylıq aradan sonra «Adana Demirspor»dan (Türkiyə) geri dönüb.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ