İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” “Qalatasaray”la qarşılaşacaq? - AÇIQLAMA

Türkiyənin “Qalatasaray” klubunun Bakıda yoldaşlıq oyunu keçirəcəyi ilə bağlı məlumat yayılıb. İstanbul klubunun İdarə Heyətinin üzvü Emin İmanov bildirib ki, komanda “Qarabağ”la qarşılaşacaq.

Ağam təmsilçisindən də bunu inkar etmirlər. Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Oxu.Az saytına açıqlamasında belə bir fikrin olduğunu təsdiqləyib:

“Qalatasaray”ın İdarə Heyətinin üzvü Emin İmanovun da bildirdiyi kimi, belə bir fikir var. Bəli, “Qalatasaray”la oyun keçirməyimiz gündəmdədir Amma tarix, yer bəlli deyil. Uyğun olarsa, belə bir matç keçirəcəyik. Həm “Qalatasaray”, həm “Qarabağ”ın bəlli təqvimi var. Bütün məqamlar, qrafik nəzərə alınmaqla uyğun bir gün olarsa, belə bir matçı keçirmək mümkündür”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR