İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ”la pul davası edirdi, indi qəpik-quruşa oynayır

Vild-Donald Gerye karyerasını Litvada davam etdirəcək.

Vaxtilə Türkiyə Super Liqasında, Polşa Ekstraklasasında, Kipr elitasında, Azərbaycan Premyer Liqasında oynayan müdafiəçi sözügedən ölkənin ortabablarından olan “Panejevis”lə ilyarımlıq müqavilə bağlayıb.

34 yaşlı haitili birvaxtlar ölkəmizdə səviyyəsinə görə seçilən legionerlərdən idi. Hətta iş o yerə çatmışdı ki, “Qarabağ”ın dəvətini qəbul etmir, illik məvacib kimi 400-450 min avro tələb edirdi.

“Qarabağ”dan ayrılandan sonra ad-sanlı klublara lazım olmadı. Və beləcə, günlərin birində “Panejevis”də aylıq 5 min avroluq müqaviləyə qol çəkməyə razılıq verdi.

Gerye Azərbaycanda üç müxtəlif klubun – “Qarabağ”, “Neftçi” və “Zirə”nin şərəfini qoruyub. O, Premyer Liqada 66 oyun keçirərək 7 qola imza atıb.//SPORTİNFO.AZ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR