Onlayn ictimai-siyasi qəzet
"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov Bakı ilə Moskvanı müqayisə edib.
O, Bakının özünəməxsus iqliminin olduğunu deyib:
"Rusiyada olmadığım müddətdə Moskva çox dəyişdi. Yeni yol qovşaqları yaradılıb. Metro çox dəyişib. Azərbaycanın paytaxı özünəməxsusluğu ilə seçilir. Orada sənin üçün lazım olan hər şey var. Ora gözəl və xoş iqlimi ilə diqqət çəkir. Ən əsası, Bakıda dəniz var, təəssüf ki, Moskvada bu yoxdur".
Xatırladaq ki, Andrey Lunyov ötən mövsümü "Qarabağ"da keçirib və daha sonra azad agent kimi Moskva "Dinamo"suna keçib. (offsideplus.az)
21 Aprel 2025
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ