Onlayn ictimai-siyasi qəzet
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXVIII turunda qeydə alınan neqativ hallarla bağlı qərarlarını açıqlayıb.
"Qarabağ"la matçda 4 futbolçusu sarı vərəqə alan "Turan Tovuz" 700 manat cərimələnib. "Qarabağ"ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə, ağdamlılar 1500 manat cəriməyə məruz qalıb.
Əlavə olaraq "Araz-Naxçıvan"la matçda 6 nəfər sarı vərəqə aldığı üçün "Neftçi" 700 manat cərimə olunub. Naxçıvan təmsilçisinin futbolçusunun formasında qüsur olması səbəbindən görüş gec başlayıb ki, bu, klubun 800 manat cərimələnməsi ilə nəticələnib.
"Kəpəz" - "Səbail" oyununda isə "Kəpəz"in azarkeşləri tərəfindən sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər gəncəlilər tərəfindən ödənilməlidir.
03 Aprel 2025
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ