Onlayn ictimai-siyasi qəzet
Rumıniya mətbuatı ölkə çempionu FCSB-nin Çempionlar Liqasında potensial rəqibləri haqqında yazısında “Qarabağ”a da toxunub.
“Digi Sport” nəşrinin hazırladığı siyahıda Ağdam klubu arzuolunmaz rəqib kimi göstərilib.
Buxarest təmsilçisi ÇL-in 1-ci təsnifat mərhələsini keçsə, 2-ci turda “Qarabağ”a rəqib ola bilər.
Rumınlar paytaxt klubunun təsnifat mərhələləri və pley-offdakı ən çətin hesab etdikləri rəqiblərdən ibarət “Qorxulu siyahı” hazırlayıb. Bu siyahıda “Qarabağ”la yanaşı, “Ordabası”, “Slaviya” və “Qalatasaray” da yer alıb.
“Qorxulu siyahı”
1-ci tur: “Ordabası” (Qazaxıstan)
2-ci tur: “Qarabağ” (Azərbaycan)
3-cü tur: “Slaviya” Praqa (Çexiya)
Pley-off: “Qalatasaray” (Türkiyə)
Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları 9/10 iyul və 16/17 iyul, 2-ci mərhələnin matçları isə 23/24 iyul və 30/31 iyulda keçiriləcək./Yenisabah.az/
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ