İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ erməniləri ilə bağlı bu işləri sürətləndirməliyik -Paşinyan

“Qarabağdan çıxan ermənilər kütləvi surətdə Ermənistan vətəndaşlığı almaq üçün müraciət edirlər. Bizim siyasətimiz isə ondan ibarətdir ki, Qarabağdan çıxanların yenidən geri qayıtması üçün obyektiv imkanları yoxdursa, biz onların hamısının Ermənistanda qalmasını, burada yaşayıb işləməsini istəyirik”.

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı bildirib.

Paşinyan onu da bildirib ki, onların vəzifəsi bu prosesi mümkün qədər tez təşkil etməkdir.

“Təbii ki, bəzi qanunvericilik nüansları var ki, onlara əməl edilməlidir. Burada hamımız hökumət və dövlət orqanları mümkün qədər tez işləməliyik, lakin biz öz qardaş və bacılarımızdan bir qədər səbirli olmasını istəyirik”, - deyə baş nazir bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR