Onlayn ictimai-siyasi qəzet
Asan olmayacaq.
Bunu "Bayer 04" komandasının baş məşqçisi Xabi Alonso Almaniyada "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis optimist olduqlarını bildirib:
"Yaxşı istirahət etmişik. Azarkeşlərimizin qarşısında istədiyimiz oyunu göstərmək niyyətindəyik. Əlimizdən gələni edəcəyik. Sabah da yüksək performans göstərməyə çalışacağıq. Qarşıda bizi çox oyunlar gözləyir. Bütün bacarığımızı göstərməliyik. Ümid edirəm ki, biz qalib gələcəyik. Hər bir görüşə diqqət etməliyik".
"Bayer 04"ün baş məşqçisi əvvəlki qarşılaşmalar barədə danışıb:
"Bu rəqibə qrup mərhələsindəki hər iki oyunda qalib gəlmişdik. Son matçın ilk hissəsində problemlər yaşadıq. Artıq qrup mərhələsində deyilik. Əlbəttə, onlar da mübarizə aparacaqlar. Biz sabahkı matça yaxşı köklənməliyik. Rəqibdən qorxmuram, hörmət edirəm. Öz dinamikamıza inanırıq. Amma qorxmuruq".
O, psixoloji durumun önəmini də vurğulayıb:
"Bunun xüsusi qarşılaşma olduğunu bilirik. Qalib gəlmək niyyətindəyik. Amma hər şeyə hazır olmalıyıq. Bu, oyundur. Matçda əhval-ruhiyyə də böyük rol oynayacaq".
Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.//Axar.az
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ