Onlayn ictimai-siyasi qəzet
"Beşiktaş"ın idman direktoru Samet Aybaba "Qarabağ" rəhbərliyi ilə Olavio Juninyonun transferi üçün görüşüb.
Bu iddia ilə Türkiyənin "Fotosport" nəşri çıxış edib.
Bildirilib ki, artıq Azərbaycan çempionunun braziliyalı forvard üçün istədiyi məbləğ dəqiqləşib. İstanbul təmsilçisi transferi reallaşdırmaq üçün 8 milyon avro ödəməlidir. Türkiyə mətbuatı bu məbləğin "Beşiktaş" üçün çox olduğunu və danışıqların davam etdirildiyini də vurğulayıb.
Qeyd edək ki, bu mövsüm Juninyo "Qarabağ"ın heyətində meydana çıxdığı 43 matçda 23 qol və 7 asistlə yadda qalıb. //İdman.biz
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ