İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ Azərbaycana verilib, siz isə hələ də müqavimət göstərirsiniz" - İşxanyan

“Ermənistan hakimiyyəti faktiki olaraq Qarabağı Azərbaycana verib, siz isə hələ də müqavimət göstərirsiniz”.

Konkret.az xəbər verir ki, erməni hüquq müdafiəçisi, ictimai xadim Avetik İşxanyan yazır.

“Hamı Ruben Vardanyanın BBC-yə müsahibəsində verdiyi cavabları müzakirə edir. Həqiqətən də Ruben Vardanyan bütün “təxribatçı” suallara cavab verdi.

Amma mən deyərdim ki, erməni xalqı üçün ən ağır sual Ermənistan hakimiyyətinin faktiki olaraq Qarabağı Azərbaycana təhvil verməsi ilə bağlı olub. Ruben Vardanyan təbii ki, cavab verdi, lakin sual artıq verilib və bunu inkar etmək mümkün deyildi. Qarabağ Azərbaycana verilib. Siz isə hələ də müqavimət göstərirsiniz.

Əslində jurnalist bu sualı ilə hamımızın fikrini alt-üst edib”, – deyə İşxanyan bildirib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR