Onlayn ictimai-siyasi qəzet
“Qarabağ”ın Avropa klubları sırasında yeri məlum olub.
Son 5 ilin nəticələrinə görə, “Qarabağ” Avropa klubları sırasında 56-cı pillədə qərarlaşıb.
“Qarabağ” bununla da “Betis”, “Seltik”, “Qalatasaray”, “Frayburq”, “Dinamo” (Kiyev), “Monako”, “Yunion Berlin”, “Volfsburq”, “Sparta” (Praqa), “Zenit”, “Borussiya” (Münhenqladbax), “Aston Villa”, “Briayton”, “Vulverhempton”, “Nyukasl”, “Valensiya”, “Beşiktaş”, “Trabzonspor” kimi klubları qabaqlayıb.
“Qarabağ” martın 7-si Avropa Liqasının pley-off mərhələsində “Bayer” ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək. (sportinfo.az)
15 Sentyabr 2025
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ