İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” Avroliqaya görə bu qərarı verdi – SON DƏQİQƏ

Premyer Liqada 6-cı turun oyunları sentyabrın 16-17-si aralığında keçiriləcək.

Turun mərkəzi qarşılaşması ayın 17-də "Qarabağ"la "Sabah" arasında baş tutacaq.

Ancaq bu görüş öncədən nəzərdə tutulduğu kimi, "Azərsun Arena"da təşkil olunmayacaq. Ağdam təmsilçisi görüş yerini Tofiq Bəhramov adına Respublika stadionuna dəyişib.

"Köhlən atlılar"ın bu qərarı Avropa Liqasına daha yaxşı hazırlaşmaq niyyətinə xidmət edir.

Belə ki, H qrupunda yer alan “Qarabağ” sentyabrın 21-də burada "Mölde" ilə üz-üzə gələcək. Matç saat 20:45-də başlayacaq. /SPORTİNFO.AZ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR