İnsanlara hürriyət, millətlərə istiqlal!

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi monitorinq nəticəsini açıqlayıb

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı apardığı monitorinq ilə bağlı mətbuat konfransı keçirib.

Musavat.com xəbər verir ki, təşkilatın Baş katibi Asəf Hacıyev bildirib ki, bu gün tarixi gündür:

"Seçkilər ilk dəfə bütün Azərbaycan ərazisində keçirilib".

Brifinqdə yunanıstanlı deputat Konstantinos Vlasis bildirib ki, seçkilərdə mənfi hallarla rastlaşmayıblar:

"Mənim fikrimcə, 80 faizdən çox vətəndaş aktiv şəkildə seçkilərdə iştirak ediblər".

Rumıniyalı deputat Daniel Konstantinın sözlərinə görə, iki gündür ki Azərbaycandadırlar və seçki prosesini izləyiblər:

"Bu gün bir neçə seçki məntəqəsində olduq və seçicilərlə danışdıq. Seçkilərdə aktivlik müşahidə etdik".

Bolqarıstanlı deputat Petar Kanev qeyd edib ki, bu gün keçirilən seçkilərdə fəallıq əvvəlki illərdən daha çox idi:

"Biz Avropa İttifaqı dövlətlərinin üzvləriyik və seçki prosesinə yüksək qiymət verəcəyik. Uğurlu seçkilərə görə, Azərbaycan xalqını təbrik edirəm".

Gürcüstanlı deputat Ramaz Nikolayşvili vurğulayıb ki, seçki şəffaf şəkildə keçirilib:

"Seçki yüksək səviyyədə təşkil edilib. İlkin rəy sorğularına görə, mən Azərbaycan xalqını və İlham Əliyevi təbrik edirəm. Mən onu regionun lideri olaraq görürəm. Mənim imkanım olsaydı, səsimi İlham Əliyevə verərdim".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR