İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qaqauz xalqı “5-ci kolon” deyi” - Qaqauziyada nə baş verir?

Mayın 21-nə təyin edilmiş ümummilli mitinqdə hakimiyyətdən Moldovanın MDB-dən çıxması prosesini dayandırmağı və ölkənin NATO-ya daxil olmayacağna zəmanət tələb ediləcək

Mayın 21-də Moldovanın bütün böyük şəhərlərində mitinqlər keçiriləcək. Musavat.com xəbər verir ki, buna səbəb həmin gün Moldova prezidenti Maya Sandunun təşəbbüsü ilə parlamentin-Milli Assambleyanın “Moldova Avropadır” qərarına etirazdır. Qaqauz muxtariyyəti hesab edir ki, hakimiyyət Avropaya inteqrasiya ilə bağlı özbaşına qərar verə bilməz, bunun üçün referendum keçirməlidir.

stqblvx9muo81.png (35 KB)

Qaqauz Xalq Hərəkatı Şurasının sədri İvan Burqudji deyib ki, qaqauzlar hakimiyyətin Moldovanın MDB-dən çıxmasına da etiraz edəcəklər. Qaqauziyada mayın 14-də muxtariyyətinin başçısı seçkisi keçirilib, Moldova isə bunun nəticələrini etibarsız saymaq niyyətindədir. Apelyasiya Məhkəməsi mayın 22-də muxtariyyətin rəhbəri Yevgeniya Hutsulun vəzifəsinə təsdiq edilməsi məsələsinə baxacaq.

Qanuna görə, Qaqauziya Moldovanın daxili və xarici siyasətinin həyata keçirilməsində iştirak edir. Bu səbəbdən də qaqauzlar hesab edir ki, Moldova hakimiyyəti həm Avropaya inteqrasiya, həm də ölkənin MDB-dən çıxaması qərarını onlarla müzakirə etməlidir, çünki mövcud qanunlar bunu tələb edir.

Qaqauz Xalq Hərəkatı Şurasının sədri İvan Burqudji onu da deyib ki, Moldova onların tələblərinə qulaq verməsə, qaqauzların öz müqəddəratını təyin etmək hüququ var. Burqudjinin sözlərinə görə, qaqauziyalılar Moldovanın Rumıniyaya birləşməsi üçün hərəkətə keçməsindən də ciddi narahatdırlar. “Biz Moldovanın Aİ-yə inteqrasiyasının əleyhinə deyilik, ancaq ölkənin Rumıniya ilə birləşməsi fərqli situasiyadır”, deyə siyasətçi izah edib. Və sonra bunları əlavə etdi: “Biz qaqauz xalqı, prezident Sandu dediyi kimi “beşinci kolon” ​​deyilik, separatçılar da deyilik, biz ölkənin ikinci əsas xalqıyıq”.

65480639_902.jpg (18 KB)

Bu arada qaqauziyalıları daha bir xoşagəlməz sürpriz gözləyir. Moldova parlamenti ölkə konstitusiyasından “çoxmillətli xalq” anlayışının çıxarılmasını müzakirə edəcək ki, bu da ölkənin Rumıniya ilə birləşdirilməsi perspektivini ehtiva edir. Qaqauziyada seçkiləri zamanı rusiyayönlü hesab edilən “Şor” partiyasının namizədinin qalib gəlməsi də Kişinyovun xoşuna gəlməyib.

Mayın 21-nə təyin edilmiş ümummilli mitinqin təşkilatçıları mərkəzi hakimiyyətdən Moldovanın MDB-dən çıxması prosesini dayandırmağı və ölkənin NATO-ya daxil olmayacağna zəmanət tələb etmək niyyətindədirlər. Mitinq iştirakçıları həmçinin mərkəzi hakimiyyətdən “ prezident Sandunun tənqidçilərinə təzyiqi dayandırmağı, Qaqauziya xalqının son seçkidəki seçiminə hörmət etməyi tələb edəcək.

Təşkilatçılar vurğulayırlar ki, ümummilli mitinq yalnız Moldovanın və Qaqauz muxtariyyətinin bayraqları altında keçiriləcək.

Bayden-ve-Mariya-Sandu.jpg (74 KB)

Bu arada Kişinyovda Qaqauz muxtariyyətinin ləğvini dəstəkləyən səslər eşidilir. Belə bir nəticəyə ehtiyacı hakim PAS partiyasından olan deputat Oazu Nantoi bildirib və o qeyd edib ki, muxtariyyət “Kremlin alətinə çevrilir”.

Moldova Konstitusiya Məhkəməsinin keçmiş sədri Aleksandru Nastase “Qaqauz muxtariyyəti bu kiçik xalqın adət-ənənələrini, mədəniyyətini, dilini qorumaq üçün yaradılıb, lakin məlum olub ki, Rusiyayönlü anklav yaradılıb. Moldovanın Avropa yoluna müdaxilə etməyə çalışır” deyə, bildirib.

Qaqauziya (rəsmi olaraq Qaqauz Yeri Muxtar Bölgəsi) Moldova Respublikasının tərkibində muxtar ərazidir. Qaqauziya Moldovanın cənubunda yerləşir. Paytaxtı Komrat şəhəri, ümumi sahəsi 1,832 kvadrat kilometrdir.

Orxan ƏLİYEV,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR