Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Qaradəniz bölgəsində iki qonşu iftarını 2 dəqiqə fərqlə açmaq məcburiyyətindədir.
Musavat.com xəbər verir ki, Ordunun Şentəpə və Samsunun Ambartəpə məhəllələrində yaşayan iki qonşu arasında 7 metr məsafə var.
Hər iki məhəllədə məscidlər olduğundan bəzən azan səsi qarışır və hər məhəllə sakinləri öz məscidlərində veriləcək azan səsini gözləmək məcburiyyətində qalır.
Qeyd edək ki, məscidlərin arasındakı məsafə 100 metrdir.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ