İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanunsuz şans oyunlarında növbəti dələduzluq — FOTOFAKT

Ölkəmizdə qanunsuz şans oyunları qadağan olunsa da, müxtəlif yollarla belə qeyri-rəsmi provayderlər vətəndaşları aldatmağa davam edir. Dəfələrlə qanunsuz şans oyunları ilə bağlı çağırışlar edilsə də, bəzi oyunçular buna məhəl qoymur, bir gün aldadılma riskinin olduğunu, pullarını itirəcəyini və geri qaytara bilməyəcəyini unudurlar. Amma tez-tez belə qanunsuz şans oyunlarında başlarına gələn dələduzluq hallarını paylaşan oyunçular da var. 

Bu yaxınlarda qanunsuz şans oyunu təşkil edən Pin-UP saytı vətəndaşın içində 3500 manat olan hesabını bağlayıb. Bu barədə "Jude Bellingham" adlı istifadəçi sosial şəbəkədə paylaşım edim:

“Pin-UP saytı hesabımı bağlayıb, içində 3500 AZN pul var idi, səbəbsiz yerə yazıblar ki, guya bonsuzdan xeyir güdürəm. Hesabda 1500 AZN var idi Arsenal-Bortnum oyununda 1500 Arsenalın 3 topu qoyulub, ondan sonra Bayern Shutgart taym üst oynanılıb və hesabı səbəbsiz yerə bağlayıblar. 5 gündür oradan pul çıxara bilmirdim. 

Yalandan deyirdilər sistemdə problemlər var, çatda yazıram ki, bəs bonusdan oynamamışam, əsas hesabdan Avropanın əsas linqlərinə qoyulu pul. 

Yazırlar ki, hesabınızı birdəfəlik bağlanılıb. Heç bir səbəb gətirilmədən, hesabımı bağlamamışdan öncə çatda yazdım, təzədən üz tanıma linki atdılar, oradan da keçirildi, uğurlu oldu. 10 dəqiqə sonra hesab bağlandı, oynamayın bu saytda”.



Sözügedən statusa şərh yazan çox sayda istifadəçi də oxşar hadisənin onların da başlarına gəldiyini və belə qanunsuz şans oyunlarına inanmadıqlarını bildiriblər.

Həsən Qafarzadə adlı vətəndaş yazır: “Mənim də  orada 1200 AZN var idi. Çıxarış etmək istədim,  vermədiler. 100 dənə səbəb  gətirib sonra hesabı bağladılar”.

Elman Bayramov adlı istifadəçi yazır: “Mənim uduşum  7200 manat idi,  ondan  cəmi 100 manat çıxara bildim.  Nə etdimsə,  qalanını çıxara bilmədim”.



İctimaiyyətdə narazılıq yaradan məsələnin ciddiyyətini nəzərə alan tanınmış jurnalistlər və bloqerlər də bir daha vətəndaşları bu cür qanunsuz şans oyunlarından uzaq durmağa səsləyiblər. 

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev də jurnalistin statusuna şərh yazaraq belə reaksiya verib: 

“Hər gün bununla və digər onlayn dələduzluq halları ilə bağlı polisə çoxsaylı müraciətlər daxil olur. Elə vətəndaşlar var ki, dəfələrlə xaricdən idarə olunan resurslarda dələduzluğa məruz qalıb, ancaq yenə də bu kimi saxta oyunlarda iştirakdan çəkinmir. Təbliğat belə şəxsləri öyrətməkdə, inandırmaqda aciz qalıb”.



Bu hal nə birinci, nə də axırıncıdır. Mütəmadi olaraq qanunsuz şans oyunlarında yaşanan belə fırıldaqçılıq faktlarının şahidi olmuşuq. Heç bir mənbəyi bilinməyən belə qanunsuz şans oyunlarının saxtakarlıqlarına məruz qalmamaq üçün bu faktları gözardı etməyin. Çünki həm qoyduğunuz pulu itirə, həm də İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə görə qanunsuz şans oyununda iştiraka görə 3 000 manat məbləğində cərimə edilə bilərsiniz. Belə hallarla üzləşməmək üçün bəxtinizi və pulunuzu yalnız  qanuni şans oyunlarına etibar edin.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR