İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanunsuz ov edənlər belə cəzalandırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri, Xızı, Siyəzən rayonları akvatoriyasında və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bu barədə Musavat.com-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Bakı şəhər sakini Cavid Məmmədov, Neftçala rayon sakini Ramin İmanov, Xızı rayon sakini Ramil Quliyev, Balakən rayon sakini Tacəddin Şəkiliyev, Yevlax rayon sakini Zahir İdrisov, Siyəzən rayon sakinləri Bəxtiyar Eyvazov, Vasif Nəhirmanov və Rahib Dəmirov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

1fe8ab6d-d043-350f-9421-018e82e1fe96.jpg (64 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR