İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qanunsuz hərbi birləşmələr və onları himayə edənlər torpaqlarımızdan iti qovan kimi qovulmalıdırlar” - politoloqdan sərt mövqe

“Aprelin 22-də, saat 17:00-da Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələri daşıyan Azərbaycan Ordusunun hərbi yük maşınının ermənilər tərəfindən basdırılmış minaya düşərək partladığı əraziyə baxış keçirilib. Axtarış zamanı həmin ərazidə 2021-ci ildə Ermənistanda istehsal olunmuş bir neçə ədəd tank əleyhinə və xeyli sayda piyada əleyhinə mina aşkarlanıb”.

Musavat.com xəbər verir ki, bu fikirlər siyasi şərhçi Elçin Mirzəbəyliyə məxsusdur. Ekspertin sözlərinə görə, aşkarlanan minaların istehsal yeri və tarixi sübuta yetirir ki, Ermənistan Azərbaycan ərazilərində təxribat törətmək niyyətindən əl çəkməyib və rəsmi İrəvanın məqsədi Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasına daxil olan ərazilərimizdəki qanunsuz hərbi birləşmələr vasitəsilə bölgədə sülhün və sabitliyin təmin edilməsinə, bərpa və quruculuq işlərinə, reinteqrasiya və repartasiya prosesinə mane olmaqdan ibarətdir: “Baş verənlərin məsuliyyəti, istisnasız olaraq Ermənistanın, eləcə də ərazilərimizdəki qanunsuz hərbi birləşmələri himayə edən, Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi təyinatlı yüklərin, canlı qüvvənin daşınmasına hərtərəfli dəstək verən sülhməramlı kontingentin üzərinə düşür. Son günlər Azərbaycan Ordusuna qarşı həyata keçirilən təxribatların davamlı xarakter alması, Ermənistanın və Rusiyanın üzərilərinə götürdükləri öhdəliklərə əməl etməmələri, sülhməramlı kontingentin bölgədə sülhə və təhlükəsizliyə təhdid yaradan davranışları 10 noyabr 2020-ci il tarixli bəyanatın bir sıra müddəalarının məcburi icrasının təmin edilməsi istiqamətində müvafiq addımların atılmasını zəruri edir”.

Politoloq qeyd edib ki, Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının 30 il ərzində yerinə yetirilməyən qətnamələrinin icrasını təmin etdiyi kimi, 10 noyabr 2020-ci il tarixli bəyanatında yer alan öhdəliklərin yerinə yetirilməsinə nail olmalı, qanunsuz hərbi birləşmələr və onları himayə edənlər torpaqlarımızdan iti qovan kimi qovulmalıdırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR