Onlayn ictimai-siyasi qəzet
Respublikaçı konqresmen Co Uilson üzərində prezident Donald Trampın təsviri olan 250 dollarlıq yeni əskinas buraxmağı təklif edib.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, konqresmen artıq bu təşəbbüs üzərində işləyir.
Onun sözlərinə görə, belə bir əskinasın yaradılması zərurəti Baydenin dövründə inflyasiyanın kəskin artması ilə bağlıdır və insanlar getdikcə daha çox nağd pul daşımaq məcburiyyətində qalır.
Lakin Uilsonun təklifi reallaşma ehtimalı azdır, çünki ABŞ qanunları yaşayan şəxslərin portretlərinin əskinaslarda yer almasını qadağan edir.
Musavat.com
27 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ