Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova insanların “Qatil” və “Bura Moskva deyil, Avropadır” çağırışlarından sonra Sofiyada “500-cü meydan” Milli Qalereyasında keçirilən sərgini tərk etmək məcburiyyətində qalıb.
Musavat.com xəbər verir ki, martın 6-da səfirin Nyu-Yorkdan olan anonim rəssamlardan ibarət “Gerrilla Girls” qrupunun sərgisinə səfəri zamanı lentə alınan video “Azadlıq” radiosu tərəfindən dərc edilib.
“Azadlıq” radiosunun Bolqarıstan xidməti yazır ki, “Qatil” sözünü Mitrofanovaya qarşı Natali Todorova (onun kim olduğu açıqlanmır) səsləndirib.
Bundan sonra səfir sərgini tərk edib.
@@TVmusavat/110010@@
Musavat.com
06 May 2025
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ