İnsanlara hürriyət, millətlərə istiqlal!

Qallant: "İran mülki gəmiləri üzən terror bazalarına çevirir"

İran mülki ticarət gəmilərini hərbi gəmilərə çevirir. Pilotsuz uçuş aparatları, raketlər, hücum sistemləri və qabaqcıl kəşfiyyat da daxil olmaqla hər cür silahı daşımaq üçün nəzərdə tutulan bu gəmilərin çəkisi onlarla, bəzən yüz minlərlə tona çatır.

AzVision.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib. O qeyd edib ki, İran bununla da bu gəmiləri sərhədlərindən uzaq ərazilərdə yerləşdirəcək və onları terrorçuların bazasına çevirməyi hədəfləyir”.

Qallant bu gəmilərdən birinin Ədən körfəzinə doğru üzməsinim bu yaxınlarda qeydə alındığını və bunun İranın Fars körfəzi və Ərəbistan dənizində həyata keçirdiyi dəniz terrorunun bir hissəsi olduğunu bildirib: "Tehran administrasiyası bu hərəkətləri Hind okeanı, Qırmızı dəniz və Aralıq dənizini əhatə edəcək şəkildə genişləndirməyə çalışır".

Qallant bunun hərbi və mülki gəmiçilik marşrutlarını təhdid edən və dənizlər üçün daimi təhlükə yaradan planlı bir "piratçılıq" siyasəti olduğunu qeyd edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR