Onlayn ictimai-siyasi qəzet
Türkiyə millisinin sol cinah müdafiəçisi Eren Elmalı "Qalatasaray" klubunda illik 45 milyon Türkiyə lirəsi qazanacaq.
"Qalatasaray" müdafiəçinin keçidi üçün "Trabzonspor" klubuna 129 milyon 717 min Türkiyə lirəsi ödəniş edib.
Eren Elmalı "Qalatasaray" klubu ilə üç illik müqavilə imzalayıb. Futbolçunun maaşı "sarı qırmızılar"da çıxış etdiyi hər mövsüm üçün 10 milyon dəyərində artacaq.
Belə ki, Eren Elmalı 2028-2029 mövsümdə də İstanbul nəhəngində qalacağı təqdirdə maaşı 75 milyon avro olacaq.
Qeyd edək ki, Eren Elmalı bu mövsüm 23 rəsmi oyunda meydana çıxıb və cəmi bir məhsuldar ötürmə ilə yadda qalıb.
XXX
Türkiyə Super Liqası təmsilçilərindən "Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.
Milli.Az xəbər verir ki, komanda "Trabzonspor"dan Eren Elmalını heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 3,5 illik müqavilə imzalanıb.
Tərəflər arasında razılaşmaya əsasən, "Qalatasaray" 24 yaşlı sol cinah müdafiəçisi üçün 4 + 1,2 milyon avro ödəyəcək.
Qeyd edək ki, türkiyəli futbolçu bu mövsüm "Trabzonspor"un heyətində çıxış etdiyi 22 rəsmi matçda 1 assistlə yadda qalıb. /Apasport.az
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ