Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Premyer Liqasının hesabat turunda keçirilən “Səbail” - “Qarabağ” (1:2) matçını izləyənlər arasında Türkiyənin “Qalatasaray” klubunun futbol direktoru Cenk Ergün də olub.
Türkiyəli futbol funksionerinin Azərbaycana Ağdam klubunun futbolçuları Toral Bayramov və Elvin Cəfərquliyevə baxmağa görə gəldiyi ilə bağlı xəbərlər yayılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, C.Ergünün gəliş səbəbi futbolçularla bağlı deyil. Belə ki, o, paytaxtımıza şəxsi işləri üçün gəlib.
Sadəcə, onun gəliş vaxtı sözügedən matça təsadüf etdiyindən, qarşılaşmanı da izləmək qərarına gəlib.
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ