İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya bizə Ermənistanı “xilas etməyi” diktə edə bilməz!” - Xandanyandan sərt MESAJ

“Biz Rusiyaya icazə verməyəcəyik ki, bizə Ermənistanı necə xilas etməyi diktə etsin”.

Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Sarkis Xandanyan deyib.

O bəyan edib ki, “Ermənistanın kifayət qədər xilaskarı var və erməni xalqı ölkə hüdudlarından kənarda xilaskarlara ehtiyac duymur”.

Deputatın sözlərinə görə, “biz Ermənistanda da Moldovanın danışdığı hibrid hücumlarla bağlı oxşar qanunauyğunluqları görürük”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR