İnsanlara hürriyət, millətlərə istiqlal!

Qağayılar balıqçını 1 milyon dollarlıq kokain bağlamasına “çağırıb”

Britaniyalı balıqçı dənizə çıxıb və qağayıların köməyi ilə böyük bir kokain partiyası tapıb.

Musavat.com xəbər verir ki, bu barədə “Daily Mirror” yazır.

Hadisə belə olub: Böyük Britaniyanın Uayt adasının sakini Ron Rapp ailəsi ilə balıq ovuna çıxıb. Onların qayığı "İynələr" mənası verən Nidls adasının sıldırım qayalıqların sahil zolağında lövbər salıb. Elə bu vaxt Rapp yaxınlıqda bir dəstə qağayı görüb.

Balıqçı fikir verib ki, quşlar suda üzən bir şeyin üstündə oturublar və balıq üçün oradan suya dalırlar. Rapp üzərək yaxınlaşanda nəmalum əşyanın iki boş kanistr olduğunu və onlara bərkidilmiş üç briket görüb. Rapp bunun narkotik bağlaması olduğunu anlayınca, dərhal sahil mühafizəsi ilə əlaqə saxlayıb.

“Zəngdən təxminən bir saat sonra sayrışan işıqlı polis qayığı gəldi. Briketləri sudan çıxarıb, şübhələrimizi təsdiqlədilər. Bundan sonra bir az balıq tutmağı bacardıq, ona görə də yaxşı gün oldu... Amma ən böyük ov 1 milyon dollar dəyərində narkotik idi”, - deyə Rapp jurnalistlərə bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR