İnsanlara hürriyət, millətlərə istiqlal!

Qafqaz döyüşləri Putini çətinə salır – “Politico”

ABŞ-ın “Politico” qəzeti Ermənistanla Azərbaycan arasındakı son qanlı toqquşmanı Rusiya prezidenti Vladimir Putin üçün “daha bir ciddi strateji başağrısı” kimi qiymətləndirir. Novator.az-ın məlumatına görə, sentyabrın 13-ü qəzetin internet səhifəsində “Azərbaycan-Ermənistan sərhədindəki döyüşlər fonunda Putinin strateji başağrıları artır” adlı məqalə yerləşdirilib.

Məqalədə xatırladılır ki, yeddi aya yaxındır Rusiyanın müharibə apardığı Ukrayna cəbhəsində son günlər dönüş yaranıb, Ukrayna ordusu qəfildən uğurlu əks-hücuma keçib, Rusiya qoşunları qaçmağa üz qoyub: “Rusiyanın Ukraynada qaçmaqda olduğu bir vaxtda isə Qafqaz ölkələri döyüş fəallığını bərpa edib”.

Məqalədə deyilir ki, Ukraynanın uğurlu əks-hücumunun Putini karıxdırdığı bir zamanda Moskvadan Qafqazda ciddi şəkildə gərginləşmiş vəziyyətə müdaxilə edib sabitlik yaratması xahiş olunur: “Ermənistan Rusiyaya onun kövrək təhlükəsizliyinə qarant dura biləcək əsas müttəfiq kimi baxır. Azərbaycanın əsas tərəfdaşı isə Türkiyədir”.

Novator.az xatırladır ki, sentyabrın 12-də gecə Ermənistan silahlı qüvvələri Azərbaycan sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində təxribat törədib, diversiya qrupları Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib, Azərbaycan Ordusunun bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Azərbaycan Ordusunun bölmələri qəti cavab tədbirləri görüb, təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası sırasında itkilər var.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR