İnsanlara hürriyət, millətlərə istiqlal!

Qafan hava limanına uçuşlar bərpa olundu  

Ermənistanın cənubundakı, Qərbi Zəngəzurdakı Qafan hava limanı artıq müntəzəm şəkildə fəaliyyətini davam etdirməyə başlayıb.

Musavat.com-un məlumatına görə, bu barədə mətbuat konfransında ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib. Nazir qeyd edib ki, bu yay müntəzəm reyslərə start verilib və indi uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçirilir.

Sanosyan bildirib ki, hava şəraiti ilə əlaqədar bir neçə dəfə reyslər təxirə salınıb. O, beynəlxalq tərəfdaşların köməyi ilə yeni naviqasiya və meteoroloji sistemlərin alındığını da vurğulayıb. Dediyinə görə, yaxın vaxtlarda onlar hava limanında quraşdırılacaq ki, bu da hava şəraitinin uçuş cədvəlinə təsirini azaldacaq.

Qeyd edək ki, Ermənistan tərəf özünün davamlı təxribatlarına görə Azərbaycanın Qafan hava limanına və təyyarələrə qarşı hər hansı sərt tədbirə əl atacağından ehtiyatlandığı üçün avqust ayından başlayan uçuşları dayandırmışdı. Qafan bölgəsinin Azərbaycan sərhədçilərinin “ovcunun içində” olması Ermənistanda xeyli təşvişə səbəb olub. Ancaq anlamırlar ki, Azərbaycan əsgəri heç zaman mülki obyektləri hədəfə almayıb, hətta savaşın ən qaynar vaxtında belə...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR