İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qadınlar seksual hallarını gizli saxladığına görə təqsirkarın cəzalandırılması mümkün olmur" - Dövlət Komitəsi

"Gender əsaslı zorakılıq qadınlara həyatları boyu təsir edir". Musavat.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəallıq Kampaniyası media müstəvisində adı" altında keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu hallar ictimai və ya özəl olmasından asılı olmayaraq ailə, ictimaiyyət, ictimai yerlər, iş yeri, istirahət, siyasət, idman, səhiyyə, təhsil daxil olmaqla insanların qarşılıqlı əlaqələrinin olduğu bütün sahələrində baş verir: "Bu cür zorakılıq qadınların ölümü yaxud onlara qarşı fiziki, cinsi, psixoloji, iqtisadi  əzab verilməsinə səbəb olur".

 
S.Qəhrəmanova deyib ki, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin formalarından biri seksual qısnama hallarıdır: "Bu kimi davranışdan zərərçəkmiş qadınların bu məsələni müxtəlif motivlərlə (iş yerini itirmək,  rüsvay olmaq qorxusu və s.) gizli saxlaması bu hərəkətlərin vaxtında aşkar olunmasına və təqsirkar şəxslərin cəzalandırılmasına imkan vermir. Lakin motivindən asılı olmayaraq bu məsələyə laqeyd münasibət göstərən insanlar nəzərə almalıdırlar ki, onların bu mövqeyi təqsirli şəxslərin məsuliyyətdən kənarda qalmasına səbəb olmaqla yanaşı, bu kimi əməllərin dairəsinin genişlənməsinə rəvac verir. Məhz buna görə bu sahədə görülən tədbirlərin gücləndirilməsinə və dəqiq hüquqi mexanizmin işlənib hazırlanmasına ehtiyac vardır. Ümumiyyətlə, qadınlara qarşı zorakılıq bütün ölkələrdə hökm sürür.

Dövlətlər, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlərə baxmayaraq qadınlara qarşı gender əsaslı zorakılıq hələ də bütün ölkələrdə hökm sürür və bununla bağlı cəzasızlığın səviyyəsi yüksəkdir. Bu məsələ texnologiyadan istifadə olunan mühitlər də daxil olmaqla özəl sektordan dövlətə qədər bir sıra mühitlərdə özünü göstərir, həmçinin müasir qloballaşan dünyada dövlət sərhədlərini aşır".

 S.Qəhrəmanova əlavə edib ki, qadınlara qarşı zorakılıq  hamımını narahat edir: "Sosial çevrə də zorakılığıa son qoymaq üçün tədbir görmək  imkanlarına malikdir. Bu fərdi problem deyil, sosial problemdir və mövcud olduğunuz toplum müvafiq tədbir strategiyaları formalaşdıra bilər və ya bilməlidir. Bu baxımdan qabaqlayıc-preventiv tədbirlər böyük əhəmiyyət kəsb edir", - S.Qəhrəmanova əlavə edib.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR