İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qadınlar arasında piylənmənin qarşısının alınması” layihəsi  

Qadın Haqları və Gender Bərabərliyi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadınlar arasında piylənmənin qarşısının alınması” adlı layihəni 01.06.2025 – 31.07.2025 tarixlərində həyata keçirəcəkdir.

Musavat.com xəbər verir ki, layihə sağlam həyat tərzi, düzgün qidalanma və fiziki aktivlik sahəsində məlumatlılığı az olan qadınlar üçün nəzərdə tutulmuşdur. Layihə qadınlar arasında artmaqda olan piylənmə hallarının qarşısının alınması, sağlam həyat tərzinin təşviqi və maarifləndirmə məqsədilə tədbirlər proqramı çərçivəsində icra olunacaqdır.

Piylənmə təkcə estetik deyil, həm də ciddi sağlamlıq riskləri yaradan bir problemdir. Bu vəziyyət ürək-damar xəstəlikləri, şəkərli diabet, hormonal pozuntular və psixoloji çətinliklərə yol aça bilər. Qadınlarda xüsusilə reproduktiv sağlamlıq və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərir.

Layihə çərçivəsində maarifləndirici məqalələrin və verilişlərin  hazırlanması, ekspert müsahibələrinin verilməsini nəzərdə tutulur. Məqsəd qadınlar arasında mövzu ilə bağlı ictimai şüurun artırılması və davranış dəyişikliyinə təkan verilməsidir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR