İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın qazilərimiz Türkiyədə olublar - FOTO

Qarabağın qadın qaziləri Türkiyə Yazıçılar Birliyinin Erzurumdakı şöbəsində (TYB Erzurum Şubesi) qonaq olublar. 

BAKU.WS xəbər verir ki, Bakıdan gedən qonaqlar Palandöken gənclik mərkəzində qarşılanıb. Tədbirdə Qarabağ Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin rəhbəri Radə Abbas, iş adamı Eldar Səməd, azərbaycanlı müğənni Aygün Rəhimli Akbaba və başqaları yer alıblar. 

Çıxışlar zamanı Azərbaycan və Türkiyə Ədəbiyatından, şeirlərdən, muğamlardan, siyasətdən danışılıb.

Qarabağ Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin rəhbəri Radə Abbas son bir neçə ildir Qarabağda baş verənlərdən, onun düşmən tapdağından azad olmasından və qardaş Türkiyənin daim Azərbaycana dəstəyindən danışıb. 

Tədbirin sonunda azərbaycanlı müğənni Aygün Rəhimli Akbaba "Çırpınırdı Qaradəniz" mahnısını ifa edib. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR