Onlayn ictimai-siyasi qəzet
PKK terror təşkilatının Suriya qolu kimi tanınan PYD-nin lideri Salih Müslimdən Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın çağırışına cavab gəlib.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb.
Məlumata qeyd edilir ki, PYD lideri Öcalanın müraciətini dəstəkləyib.
"Biz silahı yerə qoymağa hazırıq. Əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, bu çağırışı qəbul edirik", - deyə Salih Müslim qeyd edib.
Qeyd edək ki, Öcalan daha əvvəl tərəfdarlarını silahı yerə qoyaraq təslim olmağa çağırıb.
Musavat.com
28 Fevral 2025
27 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ