Onlayn ictimai-siyasi qəzet
Rusiya Ukraynadakı müharibənin nəticəsi kimi uzunmüddətli sülh, öz təhlükəsizliyinin təmin edilməsi və rusdilli ukraynalıların maraqlarının qorunmasını görür.
Musavat.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin VGTRK jurnalisti Pavel Zarubinlə söhbətində qeyd edib.
Putin vurğulayıb ki, Rusiyanın işğalçı müharibəni istənilən nəticə ilə başa çatdırmaq üçün kifayət qədər gücü var: “Bu nəticə bu böhrana səbəb olan səbəblərin aradan qaldırılması, uzunmüddətli davamlı sülh üçün şəraitin yaradılması və Rusiya dövlətinin təhlükəsizliyinin təmin edilməsidir”.
Rusiya prezidenti “həmin ərazilərdə xalqımızın mənafeyinin təmin olunmasını” da qeyd edib: “Orada rus dilini doğma dil, Rusiyanı isə vətən hesab edən insanlar yaşayır”.
ABŞ-ın yeni administrasiyasının atəşkəs və sülh çağırışları fonunda Putinin verdiyi açıqlama göstərir ki, onun məqsədi Ukraynanı tam işğal etməkdir və Donald Trampın əminliyinə rəğmən, bu məqsədindən dönmək fikrində deyil.
Musavat.com
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ