İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin yanından qaçan adamı bir neçə milyard oğurlayıb

Çubaysın Avropa banklarındakı gizli hesabları araşdırılır

TASS hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları “Rosnano”nun keçmiş rəhbəri Anatoli Çubaysın Avropa banklarında gizlədilmiş hesabları barədə məlumatları yoxlayır. Mənbənin sözlərinə görə, hazırda hüquq mühafizə orqanları Çubaysın ətrafından olan insanları dindirir.

Güc strukturları Çubaysın Avropa banklarında gizli hesablarında bir neçə milyarda ola biləcəyini güman edir. “Ola bilsin ki, bu pullar qeyri-qanuni yolla əldə olunub” deyə, agentliyin mənbəsi bildirib. Bundan əvvəl isə Rusiya mediası Çubaysın Peredelkini kəndindəki villası haqda yazmışdı. Ekspertlər bu əmlakın dəyərini 2 milyard rubldan (25 milyon dollar) baha qiymətləndirirlər. Bildirilirdi ki, Çubaysın xaricə getməsinə baxmayaraq, ümumi sahəsi 1,56 hektar olan ərazidəki villada tamamlama işləri davam edir.

Məlum olduğu kimi, Çubays Rusiyanı tərk etməzdən bir gün əvvəl Rusiya Prezidentinin dayanıqlı inkişaf və beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verib. Çubaysın istefası Rusiyanın Ukraynadakı müharibəsi fonunda Kremlə yaxın oliqarxların arasında illərlə davam edən gizli münaqişənin üzə çıxması kimi də qiymətləndirilirdi. Rusiya hakimiyyəti birmənalı olaraq əvvəlki xidmətlərindən asılı olmayaraq, bu əməliyyatlara qarşı çıxıb Ukraynanın tərəfini tutanları “vətən xaini” elan edib. Hakim “Vahid Rusiya” da ölkəni tərk edən Çubaysı “xəyanətdə” ittiham edib.

Rusiyada özəlləşdirməsinin “atası” hesab olunan, Anatoli Çubaysın həbs oluna biləcəyi haqda iddialar bir müddət əvvəl yayılıb. Belə ki, “Rosnano”nun yeni rəhbəri Sergey Kulikov Baş Prokurorluğa müraciət edərək qurumun 2010-cu ildən 2020-ci ilə qədər fəaliyyətini yoxlamaq xahişi ilə məktub göndərib. Bu illərdə isə “Rosnano”ya Çubays rəhbərlik edib. Bundan əlavə, Hesablama Palatası “Rosnano”da 513 milyon rubl zərər aşkar edib - auditorlar bunu "fırıldaqçılıq əlamətləri" hesab edirlər. Bundan əlavə, şirkət qaytarılmayan 10 milyard rubl kredit alıb.

Çubaysın istefasında Putinin İsveçrədə gizlənmiş düşməni Mixail Xodorkovskinin yaydığı bir video müraciətlə də əlaqələndirirdilər. Xodorkovski qısa videosunda Çubays da daxil bir neçə oliqarxın adını çəkərək onları Ukrayna məsələsində qəti mövqe ortaya qoymağa çağırmışdı. “Əks halda, siz mənim düşmənimsiniz, inciməyin” deyə, Xodorkovski müraciətinin sonunda bildirmişdi.

Anatoli Çubaysın harada olduğu bugünlərdə məlum olub. “Rosnano”nun keçmiş rəhbərinin nümayəndəsi onun Avropada, konktret olaraq İtaliyada olması ilə bağlı xəbərləri təkzib edib. Çubaysın nümayəndəsi açıqlamasında onun əvvəl Türkiyəyə getdiyini, daha sonra isə İsrailə yerləşdiyini təsdiqləyiblər.

Bildirilir ki, Çubaysın İsrailə getməkdə məqsəd iş tapmaq və elmi fəaliyyətlə məşğul olmaqdır. O, bir sıra universitetlərlə əməkdaşlıq məsələlərini müzakirə edir. Yada salaq ki, Çubays da yəhudidir.

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR