İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Valdaydakı iqamətgahı hərbi hissəyə çevrildi

Rusiya Prezidentinin dostu Yuri Kovalçuk Vladimir Putinin Novqorod vilayətindəki ən məxfi iqamətgahı ətrafında nəhəng torpaq sahəsini itirib. Ərazinin adı “Dolqiye boroda” adlanır. İndi həmin torpaq müntəzəm olaraq Gəlincik şəhərindəki başqa bir iqamətgaha gedən bir zabitin əmrindəki hərbi hissənin daimi istifadəsindədir.

Musavat.com Rusiya mediasına istinaədn xəbər verir ki, sahəsi 1,5 milyon m2 olan həmin ərazi 38978 saylı hərbi hissənin istifadəsinə verilib. Rəsmi sənədlərdə bu barədə heç bir məlumat yoxdur: nə hərbi personalın sayı, nə də onun yerləşdirildiyi yer barədə informaisyaya rast gəlinmir. Ərazi 2024-cü ilin iyun ayına qədər Yuri Kovalçukun Prime şirkətinə məxsus olub. Yuri Kovalçuk isə Qərb mətbuatında Ukrayna savaşının əsas təhrikçisi kimi qeyd olunur.

Valdaydakı iqamətgahına Rusiya prezidentinin Gəlincik şəhərində yerləşən villasına müntəzəm səyahət edən bir zabit nəzarət edir. Hərbi hissənin komandiri Valeri Arkadyeviç Juravlyov adlı bir şəxsdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR