Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putinin Kursk vilayətində Ukrayna hərbçilərinin silahı yerə qoyması ilə bağlı irəli sürdüyü təklif hələ də qüvvədədir, lakin Kiyevin qərar verməsi üçün vaxt azalır.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirib.
"Təklif hələ də keçərlidir, lakin onların qərar vermək üçün vaxtı getdikcə azalır", – deyə Peskov vurğulayıb.
Musavat.com
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ