İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin tərəfdaşları ABŞ-ın növbəti hədəfidir -Lindsi Qreym Rusiyanı HƏDƏLƏDİ

Amerika Birləşmiş Ştatlarının senatoru Lindsi Qreym hesab edir ki, Rusiya-Ukrayna münaqişəsinin sona çatması üçün Rusiya neftini alan ölkələrə qarşı ikincili sanksiyaların davam etdirilməsi vacibdir.

Qreymin fikrincə, Vladimir Putin üçün ən dözülməz məqam sanksiyaların onun tərəfdaşlarına da tətbiq olunmasıdır.

O, NBC News-ə verdiyi müsahibədə bildirib: “Putin sanksiyalara məhəl qoymur, onlardan yayınır. Amma bizim onun müştərilərini hədəf almağımıza dözməsi mümkün deyil.”

Qreym əlavə edib ki, ABŞ “Putinin müştərilərini — Hindistan, Çin, Braziliyanı məhv etmək niyyətindədir”.

O, vurğulayıb ki, Rusiya neftini almağa davam edən və Moskvanın hərbi maşınını dəstəkləyən ölkələrə ABŞ iqtisadiyyatına çıxış qadağan ediləcək.

Senator həmçinin bildirib ki, Əgər Alyaskada keçiriləcək danışıqlarda Ukraynadakı müharibəyə son qoymaq mümkün olmazsa, Donald Tramp da Putinin müştərilərinə qarşı sərt addımlar atmağı dəstəkləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR