İnsanlara hürriyət, millətlərə istiqlal!

"Putinin tək ümidi qışa qalıb" - Rauf Arifoğlu

"Putin zatən Ukraynaın işğal edilmiş dörd bölgəsinin Rusiyaya birləşdirilməsindən sonra müharibədən çıxmaq istəyir. Rusiya prezidenti dolayısı ilə deyir ki, mən işimi gördüm. Krım məndədir. Donbas, Donetsk və Loqansk, Xarkov, Zaparojye - bunların hamısı birləşdirdim və Rusiya olaraq missiyamı tamamladım"

Musavat.com xəbər verir ki, bunu "TV Müsavat"-ın efirində Sevinc Telmanqızının aparıcılığı ilə yayınlanan "Canlı debat" verilişində Rauf Arifoğlu deyib. 

R.Arifoğlu qeyd edib ki, bütün bunlar putin üçün savaşdan çıxış qapısı və ideologiyası idi: "Lakin buna imkan vermədilər. Putinin bütün ümidləri bu qışa idi. İndi isə, Rusiya hər şeyi qurban verə bilər. Təki, müharibədən salamat çıxa bilsin".

Daha ətraflı verilişdən təqdim etdiyimiz hissədə: 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR