İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Stalinlə bağlı iddialarından sonra Polşa hərəkətə keçdi

Polşanın Baş naziri Mateuş Moravetski Rusiya Prezidenti Vladimir Putinin sovet diktatoru İosif Stalinlə bağlı bəyanatlarından sonra Rusiya səfirinin ölkənin Xarici İşlər Nazirliyinə çağırıldığını elan edib.

“Report” xəbər verir ki, bu barədə hökumət başçısı tviterdə yazıb.

Moravetski Putinin Stalinin guya Polşaya torpaq “ərməğan etməsi” barədə sözlərini şərh edərkən onun “yüz minlərlə polyakın ölümünə görə məsuliyyət daşıyan hərbi cinayətkar olduğunu” vurğulayıb.

“Tarixi həqiqət şübhəyə yer qoymur. Rusiya Federasiyasının səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq”, - polşalı siyasətçi sosial şəbəkədə qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR