Onlayn ictimai-siyasi qəzet
Rusiyanın hazırkı Prezidenti Vladimir Putinin seçki qərargahı öz işinə başlayıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, qərargahda onun rəhbərliyi və könüllülər yer alacaq və onun işi sutka ərzində fasiləsiz davam etdiriləcək.
Qərargaha isə “Donetsk Xalq Respublikası”nın “parlamentinin spikeri” Artyom Joqa, aktyor Vladimir Maşkov və Moskva xəstəxanalarından birinin baş həkimi Mariyana Lısenko həmsədrlik edir.
Xatırladaq ki, daha əvvəl A. Joqa, V. Maşkov və M.Lısenkonun Putinin seçki qərargahına həmsədrlik edə biləcəyi barədə məlumat yayılmışdı.
Qeyd edək ki, Rusiyanın Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, ölkədə prezident seçkiləri üç gün – 15, 16 və 17 martda baş tutacaq.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ