İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin “QİSAS ƏMƏLİYYATI” başladı! Kiyev və şəhərlər vurulur, ABŞ-a ittiham... - Sülhəddin Əkbərlə CANLI

Kiyevi Vladimir Putinə sui-qəsdə cəhddə ittiham edən Rusiya üzərində “Moskva üçün” yazılı pilotsuz uçuş aparatlarını (PUA) Ukraynaya göndərib. Qəzəbli Putin Kiyevə partlayıcılarla dolu 24 “Şahed” dronu və Qara dəniz üzərindən Odessaya 15 kamikadze PUA-sı göndərib. Nəticədə bu gecə 40-a yaxın PUA cəbhə xəttindən kilometrlərlə uzaqda yerləşən Ukrayna şəhərlərini atəşə tutub. Raket zərbələrindən sonra Ukraynanın cənubundakı Nikopol şəhərində 11 ev dağılıb, 32 mülki vətəndaş yaralanıb.

Ukraynanın Xerson şəhəri də PUA və aviasiya vasitələri ilə hücuma məruz qalıb. Nəticədə 23 nəfər həlak olub, 46 nəfər yaralanıb və bildirilib ki, xəsarət alanlardan 2-si uşaqdır. Məlumatda qeyd edilib ki, şəhərdə mülki binalar arasında dağıntılar da olub və ümumilikdə, 84 nəfər təxliyə edilib.
"Kiyevə növbəti hava hücumu paytaxt üçün may ayının dörd günü ərzində artıq üçüncüsüdür. Şəhərimiz bu ilin əvvəlindən bu qədər hücum intensivliyi ilə üzləşməmişdi".

Bunu Ukraynanın Kiyev şəhəri hərbi administrasiyasının mətbuat katibi Mixail Şamanov ötən gecə paytaxta hava hücumunun detallarını açıqlayarkən bildirib.
"Bu gecə təcavüzkar düşmən yenidən kompleks hava əməliyyatı həyata keçirib. Paytaxtda həyəcan təbili 3,5 saatdan çox davam edib. Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popkovun sözlərinə görə, Kiyevə “Şahed” tipli baraj sursatları və, ehtimal ki, ballistik raketlərdən istifadə etməklə hücum ediblər".
Onun sözlərinə görə, istifadə olunan raketlərin son növü yalnız qalıqların tədqiqindən sonra müəyyən ediləcək: "İlkin məlumata görə, düşmənin bütün raketləri və PUA-ları Kiyevdə hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən məhv edilib. Paytaxtın Şevçenkivski, Peçerski və Podolski rayonlarında düşmənin aviasiya obyektlərinin vurulması nəticəsində müxtəlif küçələrdə 10-a yaxın bina uçub, dağıntıların nəticəsində park edilmiş avtomobillər (sayı dəqiqləşdirilir) və yolların hərəkəti əhatə dairəsinə qismən ziyan vurulub. Xəsarət alan vətəndaşlar barədə məlumat yoxdur, onların insanların həyat və sağlamlığına, şəhər binalarına ciddi ziyan dəymədiyi bildirilir", - deyə, o əlavə edib.

"Kiyev həm hədəfləri, həm də zərbə üçün vasitələri Vaşinqtonun diktəsi ilə seçir". Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov mayın 4-də jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Ukrayna PUA-larının Kremlə hücumu araşdırılır: “Biz inanırıq ki, bu işin arxasında Kiyev var. Kiyevin Kremlə hücumunun arxasında isə Vaşinqton dayanır. ABŞ-ın bu məsələdən boyun qaçırmaq cəhdləri gülüncdür”.

D.Peskovun sözlərinə görə, sözügedən hadisədən sonra Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatının” məqsəd və vəzifələri dəyişməyib: “Biz cavab tədbirləri üçün müxtəlif variantları nəzərdən keçiririk. Hazırda Kremldə vəziyyət normaldır, hər kəs öz işi ilə məşğuldur. Kremlin təhlükəsizliyi daha da gücləndiriləcək”.
TVMusavat-ın saat 15:00-da “Həftə içi” verilişində Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə politoloq Sülhəddin Əkbərlə Kremlə hücumu müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR