İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin dostu sanksiyalardan bu üsulla yan keçirmiş

Rusiya prezidenti Vladimir Putinin yaxın dostu, milyarder Gennadi Timçenkonun Qərb sanksiyalarından yan keçməsinə kömək edən biznes ortağı tapılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Dosye”araşdırma mərkəzi məlumat yayıb.

Həmin adam Malta vətəndaşlığına malik 64 yaşlı İvan Yeqorov adlı birisidir.

Yeqorovun “Zvezda” şirkəti əvvəllər Timçenkona məxsus “Gunvor” neft treyder şirkətinə məxsus Novorossiysk terminalının 50%-nin alınmasında iştirak edib. 2000-ci illərin əvvəlindən bu yana Yeqorov Finlandiyanın “Crudex” qrupunun maliyyə və kommersiya direktoru vəzifəsinə təyin edilib. Bu şirkət 2011-ci ildən Rusiya Federasiyasından təxminən 32,5 milyard dollar dəyərində neft məhsulları ixrac edib və onun əsas tərəfdaşı “Gunvor” olub.

Yeqorov, həmçinin Rusiya xarici kəşfiyyatının veteranı Vladimir Surodin və Müdafiə Nazirliyinin hərbi jurnalisti Vladimir Pirojokla yaxın dostdur. Biznesmenin özünün xüsusi xidmət orqanları ilə əlaqəsi olub-olmadığı bilinmir, lakin onun pasportunun Daxili İşlər Nazirliyi deyil, Moskvadakı Xarici İşlər Nazirliyinin konsulluq idarəsi tərəfindən verilməsi diqqət çəkir.

Yeqorov Timçenko ilə ən azı 2011-ci ildən işləyir. Daha sonra o, Britaniyanın Virgin adalarında “Elser Systems” ofşor şirkətinin ortaq sahibinə çevrilib.

2014-cü ildə Timçenkonun və ailəsinin 8,5 milyon avro dəyərində fransız villası Monakoda qeydiyyata SCP Belize Holdings tərəfindən alınıb. Həmin şirkətin benefisiarı Yeqorovdan başqası deyil.

İndi Yeqorov Özbəkistanda qaz yataqlarının hasilatı sxemində iştirak edir. “Özbəkneftqaz” Rusiyanın “Forus” şirkəti ilə birgə podratçı şirkət yaratmağa razılaşıb və Yeqorov onun ortağıdır. “Forus” əsas maliyyə vəsaitini Yeqorovun özündən, o isə Timçenkoya yaxın strukturlar tərəfindən maliyyələşdirilən “Vesta” şirkətindən alır. Layihənin dəyəri 1 milyard dollardır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR