İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin dostları, Rotenberq qardaşları Siciliyada villa gizlədirlər

Rusiya prezidenti Vladimir Putinin yaxın dostları və iş adamları sayılan Boris və Arkadi Rotenberqlərin Sardiniyada villası ortaya çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rotenberq qardaşlarının öz işçisi Maksim Viktorovun gizli yazışmalarının ələ keçirilməsi nəticəsində belə bir həqiqət ortaya çıxıb.

Araşdırmaçıların təsbitinə görə, villa hələ də heç bir sanksiyaya məruz qalmayıb.

Verilən informasiyaya əsasən, villa Cənubi Kiprin “Palmoto Holdings Limited” offşor şirkətinə məxsusdur. Şirkətin nəzarət paketi Rotenberqlərə məxsusdur.

Qardaşlar mülkü 2007-ci ildə alıblar. Həmin evin qiyməti təxminən 10,5 milyon dollar civarında qiymətləndirilir. Evin 20-yə yaxın otağı var. Villanın sahəsi 495 kvadratmetrdir. Villada hovuz və köməkçi tikililər də yer alıb. Gələn xəbərlərə əsasən villanın yaxınlığında Rotenberqlərin daha bir neçə evi var, lakin onlar artıq sanksiya altındadır.

Rotenberq qardaşları ilə bağlı sızdırılmış sənədlər və iş adamlarının məktublarından Putinin dostlarının İtaliya, İspaniya, Monako, Fransa və Latviyada ən azı yeddi belə gizli mülkü olduğu ortaya çıxıb.

Maksim Viktorovun “Rotenberq arxivi”indən 30 000 elektron məktub və 12 000 sənəd daxil olmaqla 50 000-dən çox fayl üzə çıxarılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR